• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Yeni tələblər taksilərlə bağlı qıtlıq yaratmayacaq - AYNA

Yeni tələblər taksilərlə bağlı qıtlıq yaratmayacaq - AYNA
30.03.2024 17:21
Nazirlər Kabinetinin təsdiqlədiyi Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq.

Bunu "Real” TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq.

"Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır. Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər. Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq”, - deyə AYNA rəhbəri qeyd edib.

"Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir. 70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər”, - deyə Anar Rzayev əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda evdə yanğın olub, ölənlər var
Cəmiyyət 15:55
Bakıda evdə yanğın olub, ölənlər var
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
Cəmiyyət 15:52
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Cəmiyyət 15:39
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Cəmiyyət 14:45
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Cəmiyyət 14:42
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Cəmiyyət 14:15
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Fəhlənin ölməsi faktı araşdırılır
Cəmiyyət 13:38
Fəhlənin ölməsi faktı araşdırılır
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:04
Sabahın havası açıqlanıb
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Cəmiyyət 12:31
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol