• $
  • £

“Ata Sığorta” ötən ili xalis zərərlə başa vurub

“Ata Sığorta” ötən ili xalis zərərlə başa vurub
01.04.2024 10:33
"Ata Sığorta” 2023-cu ili 946 min 985 manat xalis zərər ilə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 371 min 610 manat çoxdur. Bu barədə "Ata Sığorta”nın 2023-cü il üzrə maliyyə hesabatlarında qeyd olunub. 
 
Hesabat dövründə, "Ata Sığorta”nın əsas əməliyyat gəlirləri 82.3% artaraq 10 milyon 9.6 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 5 milyon 491.1 min manat təşkil edib.
 
Eyni zamanda şirkətin investisiya gəlirləri 973.7 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 12.1% və ya 134.2 min manat azdır.
 
2023-cü ildə "Ata Sığorta”nın subroqasiya gəlirləri 14% azalaraq 179.6 min manata enib, sair gəlirləri isə 30% artaraq 1 milyon 115.2 min manat olub.
 
Hesabat ərzində şirkətin cəmi gəlirləri 11 milyon 47.6 min manata bərabər olub ki, bu da 2022-ci illə müqayisədə 0,3% azdır.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 11.6% azalaraq 6 milyon 157.5 min manata, sığorta ödənişləri 40.5% azalaraq 3 milyon 210.5 min manata enib, işlərin aparılması xərcləri isə 29.7% artaraq 5 milyon 787.1 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri 2022-ci ilə nisbətən 2.9% artaraq 11 milyon 994.6 min manat təşkil edib.

2023-cü ildə "Ata Sığorta”nın maliyyə zarəri 64.5% artaraq 946.9 min manata yüksəlib.

2024-cü ilin yanvarın 1-nə "Ata Sığorta”nın cəmi aktivləri 11.9% artaraq 15 milyon 802.9 min manata, cəmi öhdəlikləri 30% artaraq 6 milyon 638.5 min manata, cəmi kapitalı isə 1.6% artaraq 9 milyon 164.3 min manata yüksəlib.

Martın 14-də 32 fiziki şəxs olan sığorta agentinə Mərkəzi Bank tərəfindən lisenziya ilə bağlı 3 ay müddətində məhdudiyyət qoyulub. Liseynziyaların dayandırılması hesabatların təqdim edilməməsi ilə əlaqələndirilir.  
 
Bundan əvvəl "Azərsığorta"-nın lisenziyası ləğv olunub. 
 
Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərir. 
 
Mərkəzi Bank oktyabrda 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Aygün Mirakif










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol