• $
  • £

SOCAR Rumıniyaya 1 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır

SOCAR Rumıniyaya 1 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır
01.04.2024 12:10
SOCAR Rumıniyaya 1 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov deyib.

"Son 3 ildə Socar tərəfindən Rumıniyaya 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft tədarük edilib. "SOCAR Türkiyə" Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, "SOCAR Trading" isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları ixrac edib. Biz Rumıniyaya qaz tədarükünü də nəzərdə tuturuq. Layihəni bu il və gələn il etməyi planlaşdırırıq. Rumıniya qanunvericiliyinə görə, biz bunu Luksenqburqdan keçirməklə icra etməliyik. Orada olan ticarət evimizin lisenziya ilə bağlı məsələsi müzakirə olunur",- Nəsirov Bakıda Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

Nəsirov vurğulayıb ki, hazırda Ruminuyada SOCAR-ın 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
 
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə imzaladığı qaz ixracı müqaviləsini daha iki il uzada bilər, lakin hər şey Rumıniya tərəfinin istəyindən asılı olacaq.

Nəsirov bildirib ki,  dünən iki ölkə arasında imzalanmış qaz müqaviləsinin sonuncu günü olub və ona əsasən, SOCAR Rumıniyaya ildə 1 milyard kubmetrədək ixrac edirdi.  O,  ixracın  2024 və 2025-ci illərdə də davam etdirmək imkanına malikdir. 

 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol