• $
  • £

Miqrantların Rusiyada qalma müddəti azaldılacaq

Miqrantların Rusiyada qalma müddəti azaldılacaq
01.04.2024 19:55
Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətini gücləndirən yeni qərarlar qəbul edib.Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Əcnəbi vətəndaşların Rusiyada 1 il ərzində qalma müddəti 180 gündən 90 günə endirilib.
Məlumata görə, miqrantların Rusiya ərazisində yaşamaq şərtlərinə də dəyişiklik edilib.

Belə ki, qanun onların Rusiyaya girişinə və qalmasına müasir vasitə və üsullarından istifadə etməklə nəzarətin gücləndirilməsini özündə əks etdirir:

"Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın tətbiqi, əcnəbilərin müvəqqəti qalma müddətinin təqvim ili üçün 90 günə endirilməsi, habelə, əcnəbinin rəqəmsal profilinin yaradılması üçün hüquqi əsas yaradılacaq”. 

Nazirliyin verdiyi açıqlamaya görə, müəyyən kateqoriyadan olan əcnəbilər üçün nəzarətli qalma rejimi tətbiq olunacaq. Bu kateqoriyaya aşağıdakılar daxildir:

-Xarici işçi qüvvəsi cəlb edən işəgötürənlər

-İş və ya xidmətlərin sifarişçiləri

"Crocus City Hall”da baş verən terrordan sonra Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində qanunun aliliyinə riayət olunması da daxil olmaqla, cinayətlərə qarşı tədbirlər sistemi üzərində işləməyi departamentə həvalə etmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol