• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

İsrail İrandan cavab hücumlarına hazırlaşır - KİV

İsrail İrandan cavab hücumlarına hazırlaşır - KİV
04.04.2024 16:21
İranın Suriyadakı konsulluğuna hava zərbəsi endirdikdən sonra İsrail İrandan mümkün hücumlara hazırlaşır. Bu barədə İsrailin i24News telekanalı adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, İsraildə onlar şiə təşkilatı Hizbullahın martın 11-də başlayan müsəlmanların müqəddəs Ramazan ayının son cümə günü yəhudi dövlətinə qarşı "cəbhə açacağından” qorxurlar.
 
Bir gün öncə ABŞ mənbələri İranın 48saat ərzində İsrailə hibrid müharibə elan edəcəyini açıyqlayıb. 
 
Aprelin 1-i İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib.
 
Suriya paytaxtının Mezze bölgəsinə endirilən hava zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan qüvvələrinin generalı və komandanı Məhəmməd Rza Zahedi ölüb.

"Al Hadath" kanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyini hədəfə alıb. Zərbələr zamanı azı 8 nəfər həlak olub.
 
Suriyanın dövlət xəbər agentliyi isə bildirir ki, İran səfirliyinin binası tamamilə dağılıb. Zərbə zamanı binada olanların hamısı həlak olub.
 
Məlumata görə, İran səfiri xəsarət almayıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
II Qaregin Hindistana yollanıb
Dünya 16:48
II Qaregin Hindistana yollanıb
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Dünya 12:51
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
Dünya 09:52
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Dünya 09:04
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Dünya 08:59
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Dünya 08:55
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Türkiyə Netanyahunun həbsinə order verib
Dünya 22:31
Türkiyə Netanyahunun həbsinə order verib
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Dünya 22:10
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Dünya 18:09
Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol