• $
  • £

ABŞ universitetinə qəbul alan Mehdi təhsilhaqqını ödəyə bilmir

ABŞ universitetinə qəbul alan Mehdi təhsilhaqqını ödəyə bilmir
05.04.2024 11:04
ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir.  Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
 
Kompüter elmləri sahəsi üzrə qəbul alan tələbə "Qafqazinfo"-ya  bildirib ki, Dreksl Universitetində maksimum verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: "Atam bərbər kimi fəaliyyət göstərir, anam isə evdar xanımdır. Ümumilikdə məbləğ 86 000 dollardır. Bütün xərclər, yataqxana, yemək, kitablar və sairə bu ödənişə aiddir. Bizə yerdə qalan 51 000 dolları ödəmək üçün köməklik lazımdır. Mayın 1-nə qədər bu məbləği toplamalıyıq”. 

Mehdi bildirir ki, bir neçə yerə müraciət etsə də, hələ müsbət cavab almayıb. Dövlət Proqramında Amerika universitetlərinin olmaması da onların işini çətinləşdirir. 

Mehdi Məmmədov 5 proqramlaşdırma və kodlaşdırma dili bilir. 2 il Respublika İnformatika Olimpiadası finalçısı olub. Amerika Səfirliyinin dəstəklədiyi Bakı Amerika Mərkəzində könüllü proqramlaşdırma müəllimi kimi dərslər verib. İştirak etdiyi müsabiqə və yarışlarda qızıl, gümüş medallar qazanıb. 

Mehdi ilə yanaşı onunla eyni məktəbdə, eyni sinifdə oxuyan bacısı Qəndab Məmmədova Harvard Universitetindən Astrofizika sahəsi üzrə qəbul alıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Cəmiyyət 22:00
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Salyanda avtomobillər toqquşub, yaralılar var
Cəmiyyət 21:04
Salyanda avtomobillər toqquşub, yaralılar var
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Cəmiyyət 21:00
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Cəmiyyət 20:30
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Nazir Adil Kərimlidən yeni təyinat
Cəmiyyət 20:00
Nazir Adil Kərimlidən yeni təyinat
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Cəmiyyət 18:30
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Cəmiyyət 17:12
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Cəmiyyət 16:17
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol