• $
  • £

Naxçıvanda vergi daxilolmalar 9,1 mln manat artıb

Naxçıvanda vergi daxilolmalar 9,1 mln manat artıb
06.04.2024 14:02
2024-cü ilin yanvar-martında Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olan vergi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% və ya 9,1 milyon manat artaraq 45,8 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti məlumat yayıb. 
 
Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra edilib.
 
2024-cü ilin martın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.
 
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. 
 
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol