• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib
07.04.2024 00:11
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.Bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb.
"Extinction Rebellion” təşkilatının nümayişçiləri Niderlandın siyasi paytaxtını Amsterdam, Rotterdam və Utrext də daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 magistral yolunu bağlamağı planlaşdırırdılar. Polis bir neçə yüz fəalı A12 magistral yoluna çıxmaq istəyəndə saxlayıb.

Daha sonra etirazçılar yaxınlıqdakı yolları bağlamaq istəyib və buna cavab olaraq asayiş keşikçiləri etirazçıları tutub. Tunberq də onların arasında olub.Ancaq aksiyanın özü davam edib. İştirakçıların və polisin təəccübünə səbəb olaraq iki saat sonra isveçli fəal geri qayıdıb və Haaqanın hərəkətli küçələrindən birində piyada keçidində etiraz əlaməti olaraq oturan bir qrup aksiya iştirakçısına qoşulub. Təxminən 15 dəqiqə sonra o, yenidən polis tərəfindən saxlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol