• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

İsrail səfiri Azərbaycanla bağlı paylaşım edib

İsrail səfiri Azərbaycanla bağlı paylaşım edib
07.04.2024 10:43
Azərbaycanın İsraildə səfirlik açması Bakı – Təl-Əviv əlaqələrinin artan gücü və yaxınlığının göstəricisidir.
 
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.
 
"Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.
 
1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə 2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol