• $
  • £

Azәrbaycanda elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq

Azәrbaycanda elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq
09.04.2024 16:10
Sumqayıt Kimya Sәnaye Parkında elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq. 
Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin "BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib. Elektrik avtobuslarının istehsalı layihәsindә "Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı "SARDA Group” şirkәtlәrinә mәxsus "Electrify Azerbaijan” MMC-dir. BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilәdәk avtobusların ümumi maya dәyәrinin 40%-ni tәşkil edәcәkdir. Artıq bununla әlaqәdar yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.

Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaqdır.
 
Bildirilib ki, bundan әlavә, 2024-cü ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәyә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur. Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol