• $
  • £

Ermənistan Rusiya telekanallarının yayımını dayandıra bilər

Ermənistan Rusiya telekanallarının yayımını dayandıra bilər
10.04.2024 21:48
Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.

Ermənistan KİV xəbər verir ki, bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.

"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.

Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.

Martın sonunda Ermənistanda "RTR-Planeta” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam” və "Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.
 
Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol