• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Nazir müavini Yunanıstana gedib

Nazir müavini Yunanıstana gedib
12.04.2024 21:00
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 10-12 apreldə Yunanıstanda işgüzar səfərdə olub.
 
Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, səfər zamanı nazir müavini IX Delfi İqtisadi Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib.
 
Diqqətə çatdırılıb ki, F.Rzayev çıxışında 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərdən, habelə Azərbaycanda ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlardan danışıb.
 
"Fariz Rzayev həmçinin ölkəmizin işğaldan azad olunan ərazilərinin yaşıl enerji zonası elan edildiyi, bölgənin enerjiyə olan tələbatının, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan yaşayış məntəqələrinin yaşıl enerji ilə təmin olunduğu barədə məlumat verib. Səfər çərçivəsində Fariz Rzayev, eləcə də Yunanıstanın hökumət rəsmiləri və parlament üzvləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional və beynalxalq gündəlikdə dayanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol