• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

BMT-də Azərbaycanın təşəbbüsü ilə brifinq keçirilib

BMT-də Azərbaycanın təşəbbüsü ilə brifinq keçirilib
13.04.2024 09:59
Birləşmiş Millətlər Təşkilatında (BMT) Azəbaycanın təşəbbüsü ilə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib.
 
BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub.
 
Brifinqdə çıxış edən BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda körfəz tərəfdaşlarından biri olmaqdan məmnun olduğunu dilə gətirib.
 
Diplomat qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə dini lider, vətəndaş cəmiyyəti nümayəndələri, təşkilatlar, gənclər, qadınlar, akademik dairələr, peşəkar və biznes ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq imkanları yaratmaq və ictimaiyyətin iştirakı üçün bu platformanın genişləndirilməsinə sadiq qalmağa davam edəcək.
 
Brifinqdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub və eləcə də, ölkəmizin müstəqillik tarixi və Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərini barəsində geniş məlumat verilib.
 
Brifinqdə çıxış edən "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov forum tarixcəsi haqqında qonaqlara məlumat verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol