• $
  • £

Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlanıb

Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlanıb
16.04.2024 11:34
2024-cü ilin yanvar-martında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 224,4 milyon manat çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Nazirlik bildirib ki, sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası 2024-cü ildə də artmaqda davam edir.
 
2024-cü ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.
 
2024-cü ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara 11,9 min pensiya, 39 min müavinət və təqaüd ayrılıb.
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. 

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin əvvəlinə olan məlumata görə, ölkədə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.

2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol