Ərəb ölkələrini sel basıb

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb.Bu barədə "Əl-Cəzirə” xəbər verib.
Hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb.
Məlumata görə, Dubay şəhərində vəziyyət daha kritikdir. Şəhərdə narıncı təhlükə səviyyəsi elan edilib, səlahiyyətlilər sakinləri zəruri olmadıqca evlərini tərk etməməyə çağırıb.
www.anews.az