• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib
17.04.2024 10:50
Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
 
O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub: "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.
Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Keniyaya gedib
Siyasət 22:24
Ceyhun Bayramov Keniyaya gedib
Prezident Azərbaycanın minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı paylaşım edib
Siyasət 20:36
Prezident Azərbaycanın minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı paylaşım edib
Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb
Siyasət 18:07
Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb
Prezident sərəncam imzalayıb
Siyasət 16:57
Prezident sərəncam imzalayıb
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 14:24
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Prezident qəbul keçirib
Siyasət 12:42
Prezident qəbul keçirib
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Siyasət 11:53
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol