• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
19.04.2024 18:21
19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.Bu barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov fəaliyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Səfir bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib.

İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.

Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol