• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Viktor Yanukoviç müxalifəti kompromisə çağırdı

Viktor Yanukoviç müxalifəti kompromisə çağırdı
19.02.2014 11:34
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifəti ölkənin gələcəyi naminə kompromisə çağırıb. APA-nın xəbərinə görə, müraciət prezidentin saytında dərc olunub.   “Bəli, biz artıq ölənləri geri qaytara bilmərik. Bəli, biz hakimiyyətə can atanların ambisiyaları üzündən çox böyük əvəz ödədik. Lakin qurbanların daha çox olmaması üçün mən hər kəsə müraciət edirəm – özünüzə gəlin! Danışıqlar masası arxasına oturub Ukraynanı xilas etmək lazımdır. Əgər biz dövləti dağıtsaq, gələcək nəsillər bunu bizə bağışlamayacaq!” Ukrayna prezidenti qarşıdurmanın lap əvvəlindən güc tətbiqinin əleyhinə olduğunu və tərəfləri dialoqa çağırdığını xatırladıb. O bildirib ki, bəzi müşavirləri onu ən sərt üsullarla güc tətbiqinə razı salmağa çalışsalar da, ən yaxşı və effektiv vasitə ümumi dil tapmaq və kompromisə getməkdir.   Lakin bununla yanaşı, V. Yanukoviç Kiyevdə baş verənlərə görə məsuliyyəti müxalifət liderlərinin boynuna qoyub. Onun sözlərinə görə, problemin sülh yolu ilə həllinə çalışdığını söyləyən müxalifət liderləri dərhal hüquq-mühafizə orqanları ilə toqquşmalara gedən radikallardan özlərini ayırmalıdır. Dövlət başçısı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.   Qeyd edək ki, fevralın 19-na keçən gecə - Müstəqillik meydanında döyüşlərin getdiyi saatlarda müxalifət liderlərindən olan Vitali Kliçko Viktor Yanukoviçin iqamətgahına gedərək onunla görüşüb. Görüşdən sonra V. Kliçko bildirib ki, prezident baş verənlərə tam qeyri-adekvat reaksiya verir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol