• $
  • £

TAP Azərbaycan qazı üzrə sifarişləri açıqlayıb

TAP Azərbaycan qazı üzrə sifarişləri açıqlayıb
22.04.2024 16:07
Aprelin 22-də Azərbaycan təbii qazının Avropaya nəql olunduğu Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoy məntəqəsindən 351 milyon 556 min 781 kVt/saat həcmində qazın tədarükü üçün sifariş daxil olub ki, bu da aprelin 15-də daxil olan sifarişdən 5,6% çoxdur. Bu barədə TAP məlumat verib. 

Aprelin 23-dən aprelin 28-dək Yunanıstanın Kipoi məntəqəsindən gündəlik qaz tədarükü üzrə sifarişlər 331 milyon 19 min 866 kVt/saat təşkil edəcək ki, bu da aprelin 16-sı və 18-i üzrə sifarişin həcmindən 9,72% azdır.

Yunanıstanın Komotini məntəqəsindən gündəlik qaz tədarükü üçün aprelin 22-dən aprelin 28-dək sifarişlər 28 milyon 674 min 418 kVt/saat təşkil edir.

Aprelin 22-dən aprelin 28-dək Yunanıstanın Nea Mesemvria məntəqəsindən tədarükün gündəlik həcmi 30 milyon 346 min 301 kVt/saat qaz təşkil edəcək.

İtaliyanın Melendunyo məntəqəsinə gəlincə, aprelin 22-dən aprelin 28-dək tədarük həcmi 271 milyon 999 min 147 kVt/saat qaz təşkil edəcək. Bu rəqəm aprelin 16-dan aprelin 21-dək olan həcmlərlə eyni səviyyədədir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol