• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Üç ümumtəhsil müəssisəsində birinci sinifə qəbul üçün alternativ məktəb seçimi yaradılıb

Üç ümumtəhsil müəssisəsində birinci sinifə qəbul üçün alternativ məktəb seçimi yaradılıb
24.04.2024 17:12
3 ümumtəhsil müəssisəsində - Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə müsabiqəyə yazılan valideynlərə Azərbaycan və rus bölməsi üzrə alternativ məktəb seçimi şansı yaradılıb. Bunu Ümumi Təhsilin Təşkili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib. 
 
"Valideynlər bir qism məktəblərdə ərazidə sıxlıq olduğuna, tələbat çox olduğuna görə, müraciətlər çox olur. Burada prioritetlər, üstünlük hüququ tətbiq olunur. Bizim 3 əsas prioritetimiz var. Valideynlər məktəbin müəyyən edilmiş ərazisində qeydiyyatda olmalı, uşağın bacısı və ya qardaşı həmin məktəbdə təhsil almalı, yaxud da valideynlərdən biri həmin məktəbdə işləməlidir. Bu bizim əsas üstünlüyümüz hesab olunur. Digər bir yenilik isə 3 təhsil müəssisəsində aparan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə müsabiqəyə yazılan valideynlərə hər iki bölmə üzrə alternativ məktəb seçimi şansı yaratmışıq. Valdeynlər əgər, Bakı Avropa Liseyinə müsabiqəyə yazılıbsa, həmin dövrdə öz əraziləri üzrə prioritet yaxud da sərbəst qəbul üzrə məktəb və müəllim seçimi edə bilərlər. Əgər uşaq həmin lisey gimnaziyanın müsabiqəsindən uğur qazanırsa, onlara təbrik edirik SMS-i göndərilirsə, həmin an şəxsi kabinetdə digər alternativ məktəb sorğusu silincək. Silinən boş yer də digər valideyn tərəfindən tutula bilər", - Bilişzadə canlı yayımda qeyd edib.
 
Ümumilikdə 157 ümumtəhsil müəssisəsində məktəblərə qəbulda proritet (üstünlük əsasında) aparılır. Onlardan 32-i Azərbaycan bölməsi üzrə, 125-i isə tədrisi digər dillərdə aparılan bölmələr üzrə üstünlük hüququ tətbiq olunur. 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:22
Sabahın hava proqnozu açıqlanıb
Bakıda yeni marşrut xətti istifadəyə verilib
Cəmiyyət 11:13
Bakıda yeni marşrut xətti istifadəyə verilib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:55
Faktiki hava açıqlanıb
Şamaxıda zəlzələ olub
Cəmiyyət 09:04
Şamaxıda zəlzələ olub
Cəlilabadda ikimərtəbəli ev yanıb
Cəmiyyət 23:53
Cəlilabadda ikimərtəbəli ev yanıb
Azərbaycanda benzin istehsalı azalıb
Cəmiyyət 22:00
Azərbaycanda benzin istehsalı azalıb
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
Cəmiyyət 21:00
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
“OpenAI” ağıllı cihazlar bazarına girir
Cəmiyyət 20:30
“OpenAI” ağıllı cihazlar bazarına girir
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Cəmiyyət 20:00
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol