• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

“Mətbəx verilişləri yayımlayan telekanallar məhkəməyə veriləcək” - İDDİA

“Mətbəx verilişləri yayımlayan telekanallar məhkəməyə veriləcək” - İDDİA
18.02.2014 17:22

““Mədəniyyət haqqında” Qanunun 37-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyətinin icazəsi olmadan Azərbaycan mətbəxinin istifadəsi qadağandır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov deyib. O bildirib ki, Azərbaycanın efir məkanına çıxan aşpazların heç biri usta dərəcəsinə və ya 6-cı dərəcəyə sahib deyil. Heç 5-ci dərəcələri də yoxdur. Odur ki, “Mədəniyyət haqqında” Qanuna görə, bu aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək.

“Qanunda milli mətbəx irsimizlə bağlı ifadələr var və bu artıq onu deyir ki, Milli Məclis öz milli mətbəxinə sahib durmağı qarşıya məqsəd qoyub. “Kulinariya haqqında” qanuna da demək olar ki, birlikdə baxırıq. Qanun Azərbaycan mətbəxinin daha dərindən öyrənilməsi, toplanması, saxlanması, tədqiqatı, tədrisi, təbliği və s. sahələri əhatə edəcək. Təklif edərdim ki, qanun Milli Məclisin Mədəniyyət komitəsindən sonra digər komitələrdə də baxılsın. Çünki burada insanların sağlamlığı, sosial qidalanma ilə bağlı məsələlər var. Yəqin ki, digər komissiyalar da qanuna baxıb öz rəylərini verəcəklər”. 

Azərbaycanın milli irs siyahısının da artıq tərtib olunduğunu deyən Tahir Əmiraslanovun sözlərinə görə, bu siyahıda 1500-ə yaxın mətbəx nümunəsi əks olunub. Milli irs nümunələrinin siyahısı artıq Mədəniyyət Turizm Nazirliyinə verilib. 

“Hazırda onun üzərində iş gedir. Nazirlər Kabinetində təsdiq olunandan sonra mətbəxin pasportlaşması məsələsi başlanılacaq”. 

Özəl televiziyaları da tənqid edən Assosiasiya prezidenti onu da bildirib ki, “Mədəniyyət haqqında” Qanunun qəbulundan sonra mətbəx verilişləri hazırlayan televiziyalar müvafiq icra hakimiyyətindən icazə almalı olacaqlar. 

“Xəzər, ATV, ANS telekanalında efirə çıxan aşpazlar heç bişirdikləri yeməyin adını düz bilmirlər. Bir də görürsən ki, “blinçik” hazırlayırlar. Onun Azərbaycan dilində tərcüməsi fəsəlidir. Özlərinə aşpaz deyənlər, efirə buraxılanlar heç bişirdiklərinin adını bilmirlər. Çünki televiziyalara çıxan aşpazların heç biri aşpaz deyil. Biri çıxarıb sertifikatını göstərirmi? Yox”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol