• $
  • £

Ölkədə ötən gün qızılcaya yoluxma ilə bağlı müraciətlərin sayı açıqlanıb

Ölkədə ötən gün qızılcaya yoluxma ilə bağlı müraciətlərin sayı açıqlanıb
30.04.2024 14:46
Aprelin 29-u ölkədə iyirmi doqquz nəfər qızılcaya yoluxub. Bu barədə Report Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevaya istinadan yazıb.

O bildirib ki, qızılcaya yoluxma hallarında azalma müşahidə olunur.

2023-cü il dünyada qızılcadan 306,000-dən çox hadisə qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.  
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 
2023-cü ilin statistikasına görə, Azərbaycanda qızılcaya yoluxanların sayı 1493 nəfər olub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 22:00
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 21:42
Bakının bir sıra yollarında sürət həddi endirilib
Bakıya dolu yağır - Video
Cəmiyyət 21:10
Bakıya dolu yağır - Video
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib
Cəmiyyət 20:16
Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin edilib
Cəmiyyət 18:08
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin edilib
Xəzərdə Neft Daşlarının yaxınlığında balıqçı batıb, əraziyə helikopter cəlb edilib
Cəmiyyət 16:45
Xəzərdə Neft Daşlarının yaxınlığında balıqçı batıb, əraziyə helikopter cəlb edilib

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
Cəmiyyət 16:23
Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
Bakıda yeni tikilmiş binada partlayış- Fəhlə öldü (VİDEO)
Cəmiyyət 15:39
Bakıda yeni tikilmiş binada partlayış- Fəhlə öldü (VİDEO)
Son bir ildə kredit kartlarından istifadə 11% azallb
Cəmiyyət 15:29
Son bir ildə kredit kartlarından istifadə 11% azallb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol