• $
  • £

Fermerlərə dəymiş zərərlər üzrə ödənişlər artıb

Fermerlərə dəymiş zərərlər üzrə ödənişlər artıb
30.04.2024 14:41
2024-cü ilin yanvar-martında Aqrar Sığorta Fondu tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 min hektar və ya təqribən 7% çoxdur.

Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının  sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb.
 
Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.
 
Cari ilin yanvar-martında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib.
Fondun məlumatına görə, sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə edilib.
 
2023-cü ili yanvar-martında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 799 min manat sığorta ödənişi edilib.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol