• $
  • £

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
02.05.2024 16:04
Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin.


Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol