• $
  • £

Yelo Bank-ın dəstəyi ilə “Youth Water Innovation Forum-2024” beynəlxalq konfransı keçirilib

Yelo Bank-ın dəstəyi ilə “Youth Water Innovation Forum-2024” beynəlxalq konfransı keçirilib
02.05.2024 17:02
"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə dəstək məqsədilə Yelo Bank təşəbbüskar addım atıb. Bankın Baş ofisində 200-dən çox gəncin iştirakı ilə "Youth Water Innovation Forum-2024” tədbiri keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, "Aqualink” MMC-nin birgə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə baş tutub. 
 
Forumun rəsmi açılış mərasimində Yelo Bank-ın İşəqəbul və Kadr Planlaması şöbəsinin meneceri Aygün Məhərrəmova-Kazımova iştirakçıları salamlayaraq Bank haqqında, tələbə və gənclər üçün kareyra fürsətləri barədə məlumat verib. O, həmçinin günümüzün ən aktual mövzularına həsr olunan belə forumların gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Forumda daha sonra dəstəkçilərin rəsmi nümayəndələri də çıxış edib. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifası dinlənilib. Forumun ikinci hissəsi isə üç fərqli və günümüzün aktual mövzularını əhatə edən panel görüşləri ilə davam edib.
 
Forumun keçirilməsində əsas məqsəd su təsərrüfatı sahəsinin gənclər tərəfindən öyrənilməsi, içməli və çirkab su texnologiyalarında müasir səmərəli həllərini təşviq etməkdir. Qeyd edək ki, Yelo Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, gənclərimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və tələbə təşkilatları ilə aktiv əməkdaşlığını davam etdirəcək.
 
Bank xidmetleri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.


Yelo Bank – Parlaq bankçılıq!





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol