• $
  • £

Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq- NAZİR

Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq- NAZİR
02.05.2024 17:50
2024-cü ilin birinci rübündə Özbəkistandan Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.

"Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”, -Cabbarov bu gün "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında çıxış edərkən deyib.
 
2024-cü ilin yanvar-martında Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dolları təşkil edib. 
 
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 161 milyon 581 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 43 milyon 336 min ABŞ dolları, idxalının dəyəri isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,6 % azalıb, o cümlədən ixrac 3,9 % artıb, idxal isə 3,5 % azalıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol