• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycana Aİ ilə əməkdaşlığa hazırdır

Azərbaycana Aİ ilə əməkdaşlığa hazırdır
03.05.2024 11:34
Mina əleyhinə fəaliyytədə Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bunu  Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev  bildirib.
 
Ölkənin həm xarici maliyyələşməyə, həm də mütəxəssislər, texnika və təlim keçmiş itlərin köməyinə ehtiyacı var.

Onun sözlərinə görə, Azərbaycan Minalardan Təmizləmə Agentliyinin timsalında Azərbaycan digər ölkələrə ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsində kömək edəcək.

Azərbaycan Minalardan Təmizləmə Agentliyinin rəhbəri Vüqar Süleymanov Azərbaycanın minalarla və partlamamış əşyalarla ən çox çirklənmiş ölkələr siyahısında olduğunu deyib.

"Fəaliyyətmiz zamanı 134 min hektar mina və təhlükəli əşyalardan təmizlənib. 119 min mina və mərmi zərərsizləşdirilib, onlardan 31 min piyada əleyhinə mina və 67 min digər partlamamış əşya olub. Ərazi kənd təsərrüfatının istifadəsi və əhalinin yaşaması üçün verilib",   - Süleymanov bildirib.

Avropa İttifaqı Azərbaycanın mina əleyhinə mübarizə üçün  2020-ci ildən bu yana  10 milyon avro qrant ayırıb və bundan sonra bu rəqəmi 13 miyon avroya kimi artırmağa hazırdır. 

Avropa İttifaqı büdcəsindən maliyyələşmə ilə yanaşı, Avropa İttifaqı üzvü olan ölkələrdən də Azərbaycana minatəmizləmə tədbirləri üçün vəsait ayrılıb.
Belə ki, Fransa 500 min avro, Belçika - 250 min Avro, Sloveniya və Estoniya hər biri  - 50 min Avro, Macarıstan  - 25 min avro vəsait verib. 
 
N.Təbrizli 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol