• $
  • £

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi davam edir
03.05.2024 19:49
Müdafiə Nazirliyindəki korrupsiya faktına görə məhkəmə istintaqı davam edir.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində mühakimə edilən dörd nəfərin işi hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.

Bunlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.

Bu iş üzrə artıq yüzdən çox şahid dindirilib. Bu gün hakim Fikrət Əliyev elan edib ki, şahid qismində tanınmış beş nəfər var ki, məhkəmənin çağırışlarına gəlmir. Onlardan üçü hərbçi, 2-si isə mülki şəxsdir.
Qərara alınıb ki, hərbçi şahidlərin məhkəmədə iştirakının təmin edilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə məktub göndərilsin. 

Məlumat üçün deyək ki, hərbçilər haqda məcburi gətirilmə tədbiri mümkün olmadığına görə belə qərar verilib. 
Prosesin davamında iki nəfər şahid də dindirilib. Şahidlərdən biri Müdafiə Nazirliyi ilə müqavilə bağlamış şirkətlərdən birinin rəhbəri İlqar Naftalıyevdir.

Naftalıyevın şirkəti hərbçilər üçün qol və yaxa nişanlarının hazırlanması ilə məşğul olub. Dediyinə görə, həmin nişanları nazirliyin sifarişi ilə istehsal edərək təhvil versələr də, mallarının pulunu vaxtında ala bilməyiblər: "Müdafiə Nazirliyi ilə 1 milyon 31 min manatlıq müqaviləmiz var idi. Təhvil verdiyimiz sifarişlərin pulunu vaxtında ala bilmədiyimiz üçün rəsmi şəxslərlə əlaqə yaratmağa çalışırdıq”.

İlqar Naftalıyev Nizami Məmmədova baxaraq onu tanıdığını, müqavilələri birlikdə imzaladığını deyib.
İddia edib ki, şəxsən general Məmmədovla əlaqə saxlayıb: "Nizami Məmmədovu mənimlə kimin tanış etdiyini dəqiq yadıma sala bilmirəm. Amma yadımdadır ki, generalı tapmaq üçün bir müddət əlləşib-vuruşdum. Bilirsiniz, Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Soraqlaşa-soraqlaşa gedib tapdım”.

Şahid dolaşıq danışdığı üçün onun istintaq vaxtı müstəntiqə verdiyi ifadəsi elan edilib.
Naftalıyev o vaxt deyib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin əməkdaşı Akif Umudovla əlaqə saxlayıb və iş görüşməsi üçün müqavilə bağlayıblar. Nazirliyin köçürdüyü puldan isə "otkat” olaraq 52 min manat elə Akif Umudova qaytarılıb. 

Bundan sonra şahid etiraf edib ki, hakim qarşısında həyəcan keçirdiyi üçün Nizami Məmmədovu başqası ilə səhv salıb. İ.Naftalıyev şüşə qəfəs arxasında əyləşən müttəhim Məmmədovdan üzr istəyib: "Dediyim kimi hamısı həyəcandandır, üzr istəyirəm. Nizami Məmmədovu Akif Umudovla səhv salmışam. Mən işləri Akif Umudovla həll etmişəm”.

Digər şahid Elnur Məmmədov isə qazanxanaların təmiri ilə məşğul olan şirkətin rəhbəri olub. Deyib ki, Müdafiə Nazirliyi ilə başqa şirkət rəhbəri olan Əlövsət Orucov vasitəsilə əlaqə yaradıb: "Əlövsət müəllim dedi ki, pulun müəyyən hissəsini idarəyə qaytarmalısan. Nazirliyə 8-10 faiz "otkat” qaytarırdıq. Müəyyən xərclərə görə faiz verməli olduğumuzu deyirdilər, biz də etiraz etmirdik. Müqaviləni nazirliyin Mənzil-İstismar İdarəsi ilə bağlamışdıq. Aldığım pulun da 236 min manatını "otkat” olaraq qaytarmışam”.

Proses mayın 17-də davam edəcək.

2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol