• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

İsa Qəmbər yenidən başqan seçilib - Yenilənib

İsa Qəmbər yenidən başqan seçilib - Yenilənib
04.05.2024 17:14
İsa Qəmbər yenidən başqan postuna seçilib.Bu barədə "Qafqazinfo” xəbər verir.
 
Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.
 
 10:38

Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilir.

"Qafqazinfo” xəbər verir ki, qurultayın keçirilməsində əsas məqsəd sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqanın seçilməsidir. 

İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüb.

İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib. O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol