• $
  • £

Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır
04.05.2024 14:47
Abşeron rayonunun Xırdalan şəhərində direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar: "Hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir. Müəllimlərlə iclas zamanı xəlvəti qeydə alındığı ehtimal olunan səs yazısında direktor xaricdən son model "GL Mercedes” gətirtdiyini, özünün və qızlarının evi olduğunu, hər cür imkanı olduğunu vurğulayır. Qeyd edir ki, lazım gəlsə öz hesabına bağça üçün hər şeyi edər, amma hazırda həmin bağçada çalışan müəllimlərlə işləmək istəmir: "Mən heç bir müəllimlə işləməyəcəyəm. Ya həddə-kəməndə gələcəksiniz, ya elə edin ki, sabah qapımda durub bir şey xahiş edəndə, mən də sizə keçim.

...Siz məni dolamısınız. 24 uşaqdan cəmi 3 uşağın fond pulunu Yeganə müəllim gətirib. Mən 1135 manat mən jalüz ustasına pul göndərməliyəm. Problem deyil, o pulu mən evimdən də göndərə bilərəm. Amma niyə? Nə qədər siz burada oturub özünüzü yelləyəcəksiniz?”

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol