• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb
13.05.2024 10:35
2024-cü ilin aprelində yaşa görə aylıq sosial müavinət alanların sayı 150 min nəfərdən çox olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Onların 29,7%-ni kişilər, 70,3%-ni isə qadınlar təşkil edib.
 
2024-cü ilin yanvar-martında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 224,4 milyon manat çoxdur. 
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. 

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin əvvəlinə olan məlumata görə, ölkədə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.

2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol