• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan ixrac edilən neft-kondensat həcmi açıqlanıb

Azərbaycan ixrac edilən neft-kondensat həcmi açıqlanıb
14.05.2024 09:35
2024-cü ilin yanvar-aprelində  operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 9,6 milyon ton, ixracı isə 7,9 milyon ton olub. Bu barədə energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib.
 
O bildirib ki, 4 ayda 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr təbii qazın isə 8,5 milyard kubmetri ixrac olunub.
 
Yanvar- apreldə Neft Fonduna daxil olan kondensatın vəsaitləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,25 dəfə və ya 136, 979 milyon dollar azalaraq 60,784 milyon dollar təşkil edib. 
 
"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatıb. Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb. Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.

Yeni müqaviləyə əsasən, Böyük Britaniyanın bp (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%). 2023-cü ilin dekabrında Equinor layihədəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
 
Hazırda müqavilədə tərəflərin payı belədir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21 ,02%).

Hazırda "Şahdəniz” yatağından qaz və kondensat hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.
 
Aygün
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Vergi statistikası Azərbaycanın iqtisadi artımını göstərir
İqtisadiyyat 08:07
Vergi statistikası Azərbaycanın iqtisadi artımını göstərir
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti bahalaşıb
Bu təhsil müəssisəsinə direktor təyin edilib
İqtisadiyyat 17:22
Bu təhsil müəssisəsinə direktor təyin edilib
ABB Tam Visa kartını təqdim etdi
İqtisadiyyat 16:47
ABB Tam Visa kartını təqdim etdi
Subway Azərbaycana gəlir
İqtisadiyyat 15:49
Subway Azərbaycana gəlir
İndi aviabiletlər də ABB Business-də alınır
İqtisadiyyat 14:32
İndi aviabiletlər də ABB Business-də alınır
Ötən il orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:58
Ötən il orta aylıq əməkhaqqı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
İqtisadiyyat 10:44
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol