• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb - Əliyev

Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb - Əliyev
14.05.2024 12:12
Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə çıxarılıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.  
 
Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.  Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib", - Prezident ayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
 
Bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır. 

Bundan öncə Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 17:11
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sabah güclü külək gözlənilir - Xəbərdarlıq
Cəmiyyət 16:18
Sabah güclü külək gözlənilir - Xəbərdarlıq
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Cəmiyyət 14:36
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Cəmiyyət 13:36
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
Cəmiyyət 12:54
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Cəmiyyət 12:48
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:36
Sabahın hava proqnozu açıqlanıb
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Cəmiyyət 12:34
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 12:09
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol