• $
  • £

Təhsil tələbə krediti verilən şəxslərin sayı açıqlanıb

Təhsil tələbə krediti verilən şəxslərin sayı açıqlanıb
14.05.2024 12:36
2021-ci ildən bu günə qədər 34 839 nəfərə təhsil tələbə krediti (TTK) verilib. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

Bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub.

"Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Həmçinin 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb”,- nazir müavini əlavə edib.
 
Təhsil Tələbə Krediti Fondu Prezident İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
 
Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlayıb.
 
Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.
 
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.

Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol