• $ 1.7
  • € 2.0042
  • ₽ 0.022139
  • ₺ 0.0388
  • £ 2.2922

Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib

Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib
14.05.2024 23:02
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası hökumətinin yeni tərkibini təsdiqləyib.Müvafiq fərman Kremlin saytında dərc olunub.

Yeni təyinatlar arasında müdafiə nazirinin Andrey Belousov təyin olunması diqqət çəkib.65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib. 2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.

Ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib. Beş nazir birbaşa prezidentə hesabat verir: Bunlar daxili işlər, xarici işlər, müdafiə, fövqəladə hallar və ədliyyə nazirliklərinin rəhbərləridir.

Mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır
Dünya 20:45
İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır
Tramp martın 31-də Çinə səfər edəcək
Dünya 20:11
Tramp martın 31-də Çinə səfər edəcək
Əfqanıstanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 18:47
Əfqanıstanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb
İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, pilotlardan biri həlak olub
Dünya 09:23
İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, pilotlardan biri həlak olub
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
Dünya 20:59
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq
Dünya 20:05
ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq
G20 sammiti bu tarixdə keçiriləcək
Dünya 19:28
G20 sammiti bu tarixdə keçiriləcək

Qəzzada ölənlərin sayı açıqlanıb
Dünya 17:25
Qəzzada ölənlərin sayı açıqlanıb
Ermənistanda Çikunqunya qızdırması halı qeydə alınıb
Dünya 13:28
Ermənistanda Çikunqunya qızdırması halı qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol