• $
  • £

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb
15.05.2024 17:01
Qarabağda qondarma separatçı rejimin "prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.

"Report”un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

İstintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Ağdərədə mina partlayıb, bir nəfər xəsarət alıb
Cəmiyyət 14:53
Ağdərədə mina partlayıb, bir nəfər xəsarət alıb
Mehdiabadda 3 saylı məktəbin fəaliyyəti dayandırılıb
Cəmiyyət 13:17
Mehdiabadda 3 saylı məktəbin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol