• $
  • £

“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur

“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
16.05.2024 16:15
"Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur

"30-a yaxın istehsal müəssisəsindən 50-yə yaxın məhsul nümayiş olunur”- Rza Məmmədov

Ölkəmizdə 17-ci Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro” və 29-cu  Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan” sərgiləri keçirilir.

Bakı Ekspo Mərkəzində üç gün davam edəcək sərgidə kənd təsərrüfatı məhsulları, texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları və s. nümayiş olunur.

Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə şirkətləri var. Ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkətin iştirakı qeydə alınıb.

Bir sıra yerli və xarici şirkətlərin qatıldığı sərgidə ölkənin əsas qida təminatçılarından biri "Azərsun Holdinq” də iştirak edir.

Şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədovun məlumatına görə Holdinq sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur:

 "Stendlərimizdə 20-a yaxın istehsal müəssisəsindən 50-yə yaxın məhsul nümayiş olunur. Stendlərdə gördüyünüz məhsullar dünyanın 40-dan çox ölkəsində istehlakçılara "Made In Azerbaijan” adı altında təqdim edilir. Qeyri-qida stendimizdə isə "Azərsun Holdinq”in ekoloji standartlar çərçivəsində istehsal olunan məhsullarından danışılır”.

Qeyd edək ki, sərginin ən çox ziyarətçi qəbul edən stendlərindən biri də "Azərsun Holdinq”ə məxsusdur. Gələn qonaqlara kənd təsərrüfatı məhsullarından təqdim edilir, məhsullar haqqında məlumat verilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol