• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycanda Albaniya səfirliyi açılacaq - Albaniya Baş nazirin müavini

Azərbaycanda Albaniya səfirliyi açılacaq - Albaniya Baş nazirin müavini
17.05.2024 09:20
2024-cü il ərzində Azərbaycanda Albaniya səfirliyi açılacaq. Bunu Albaniyanın Baş nazirin müavini, infrastruktur və energetika naziri Belinda Balluku deyib.
 
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq haqqında saziş bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır, qarşı tərəfdən  kilometrlər uzaqda olmağımıza baxmayaraq, biz güclü körpülər və şübhəsiz ki, gələcəyə hesablanmış əməkdaşlıq qurmaq üçün bir yol tapırıq. Azərbaycanın Albaniyada səfirliyinin açılması alqışlanan qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur və bu, əməkdaşlığımızı daha da artıracaq və aramızda sürətli və səmərəli kommunikasiya körpüsü yaradacaq. Albaniya da 2024-cü ildə cavab verəcək və Bakıda səfirliyini açacaq", - Balluka  "Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən qeyd edib.
 
Balluku azərbaycanlı turistləri Albaniyada qəbul etmək, eyni zamanda Azərbaycana gedən alban axınını artırmaq istədiklərini bildirib.

"Hər iki ölkə ticarət və investisiya sahəsində əməkdaşlığı stimullaşdırmaq və inkişaf etdirmək, müvafiq nazirlik və agentliklərimiz, Ticarət Palatalarımız arasında əlaqələri və mübadilələri, birgə biznes forumların, missiyaların və ikitərəfli görüşlərin təşkilini təşviq etmək istəyir. Biz azərbaycanlı turistləri Albaniyada qəbul etmək, eyni zamanda dost ölkəmizə gələn alban axınını artırmaq istəyirik. Bu səbəbdən biz yaxın aylarda Bakı ilə Tirana arasında birbaşa xəttin yaradılması üçün Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə geniş müzakirələr apardıq”, - Balluku vurğulayıb.
 
Mayın 6-da Prezident İlham Əliyev Azərbaycan  ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol