• $
  • £

Ötən il 512 nəfərin əmək müqaviləsi olmadan işləməsi aşkarlanıb

Ötən il 512 nəfərin əmək müqaviləsi olmadan işləməsi aşkarlanıb
17.05.2024 11:56
2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətləri əsasında 512 nəfərin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanıb, bu da əvvəlki ill müqayisədə 143 nəfər çoxdur. Bu barədə  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
 
Hesabat dövründə şəxsin əmək müqaviləsi olmadığına 2 milyon 374 min 400 manat cərimə edilib bu da 2022-ci illə müqayisədə 591 min 900 manat çoxdur. 
 
Həmçinin bildirilib ki, 1 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi(xiddməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunub. 

15 yaşına çatmamış şəxsi işə cəlb etməklə 2 fakt müəyyən edilərək təqsirkar şəxslər inzibati qaydada cərimələnib. 

Ötən il Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 5 441 əcnəbiyə iş icazəsi verilib, 4773 əcnəbinin müvafiq icazə müddəti uzadılıb. 

Həmçinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfində 3 məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılıb, həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismara məruz qalması müəyyən edilib.

İnsan alveri məcburi əmək qurbanlarını  aşkarlanması üzrə keçirilmiş tədbirlər zamanı 8 miqrasiya kanalı müəyyən olunaraq 154 şəxs saxlanılıb və Azərbaycandan çıxarılıb.

Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol