• $
  • £

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan ilə danışıqlara başlayıb
17.05.2024 13:20
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc.” şirkəti Qarabağ iqtisadi rayonundakı müqavilə sahələrinə çıxış əldə etmək üçün Azərbaycan hökuməti ilə danışıqlara başlayıb.
Bu barədə şirkətin məlumatı yayıb.

"Azərbaycan 2023-cü ildə Qarabağ üzərində tam suverenliyini bərpa edib və Rusiya sülhməramlıları bu yaxınlarda bu ərazini tərk ediblər. Hələlik şirkətə Qarabağdakı müqavilə sahələrinə giriş icazəsi verilməyib. Bununla belə, müqavilə sahələrində yerləşən aktivlərə giriş və hasilatın başlanması ilə bağlı hökumətlə ilkin danışıqlara başlanılıb”, - məlumatda bildirilib.

Şirkət vurğulayıb ki, "Dəmirli” mis-molibden yatağı Dəmirli müqavilə ərazisində yerləşən perspektivli layihədir.

 "Anglo Asian Mining” şirkəti Qarabağdakı müqavilə sahələrində aktivlərlə bağlı müxtəlif sənədləri əldə etməyə və qarşılaşdırmağa başlayıb. Bu yaxınlarda texniki qrup "Dəmirli” emal zavodunda olub”, - şirkət məlumatda qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol