Coca-Cola zavodu 68 milyon dəyəri olan şirkətin təməlini qoyulub
İsmayıllıda "Azerbaijan Coca-Cola Bottlers" şirkəti investisiya dəyəri 68 milyon manat olan yeni istehsal müəssisəsinin təməlini qoyub.
Müəssisənin təməlini iqtisadiyyat naziri Mikayıl Cabbarov, "Coca-Cola Bottlers"in baş direktoru Rəna Məmmədova, İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov qoyublar.
Zavod İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisinə 50 % güzəşt əldə edib.
Zavod 7 il müddətində əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.
Layihədə Türkiyənin "Coca-Cola İçecek Anonim Şirkəti” 69,87 %, Niderlandın "CCI International Holland B.V." şirkəti 30 %, Azərbaycanın "İlçin LTD" MMC şirkəti 0,13 % paya sahibdir. Zavod İsmayıllı rayonunun Topçu kəndində 15 ha sahədə yerləşəcək. Müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edəcək. Zavodda 100 nəfər işlə təmin olunacaq.
"Azərbaycan Coca-Cola Bottlers” müəssisəsinin 2025-ci ildə işə salınması gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox