• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri
17.02.2014 10:19
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 56 gənc şahmatçı iştirak edib. Yarışda Eyvaz Bayramov birinci, Günay Kərimova ikinci, Ruslan Mustafayev isə üçüncü yerləri tutublar. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıblar.Tədbirdə Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirliyinin Kvemo Kartli-Borçalı bölgəsində nümayəndəsi Zaur Darğallı və başqa rəsmi şəxslər iştirak ediblər.Gürcüstan Şahmat Federasiyasının prezidenti G.Georqadze istedadlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Marneuli turnirində iştirakından məmnunluğunu bildirərək Vüqarın vəfat etməsinə görə təəssüf etdiyini bildirib: “Təəssüf edirəm ki, Vüqar dünyadan vaxtsız köçdü. Belə bir istedadlı idmançının bu gün aramızda olmaması kədər doğurur”.Federasiyanın prezidenti Gürcüstanın azərbaycanlı gəncləri arasında şahmata böyük marağın olduğunu bildirib. O hazırda bu dərnəkdə məşğul olan gənc şahmatçıların sədalarının nəinki ölkə, həmçinin beynəlxalq turnirlərdən gələcəyinə əminliyini ifadə edib.Qeyd edək ki, bu ilin mayında 8, 12, 16 yaş qrupları arasında keçiriləcək şahmat üzrə Gürcüstan çempionatının təşkili ilə əlaqədar elan olunmuş tenderdə Marneuli Gənclər Mərkəzi qalib gəlib.Tədbirin sonunda həmin çempionatın Marneulidə keçirilməsinə dair memorandum imzalanıb. Sənədi Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze və Marneuli Gənclər Mərkəzinin direktoru Rəna Nurməmmədova imzalayıblar.//AzərTAc
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol