• $
  • £

Ceyhun Bayramov İtaliyanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov İtaliyanın yeni səfiri ilə görüşüb
21.05.2024 18:57
Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizə yeni təyin olunmuş səfiri Luka Di Canfrançeskonu qəbul edib.Bu barədə XİN məlumat yayıb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Ceyhun Bayramov səfir Luka Di Canfrançeskonu təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzu edib.
Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv təmasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətə çatdırıblar.

Müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, humanitar, təhsil və s. üzrə çoxşaxəli əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından strateji dialoq, habelə siyasi məsləhətləşmələr mexanizmlərindən istifadənin vacibliyi vurğulanıb. Xüsusilə, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində genişlənməkdə olan əməkdaşlığa əlavə impuls verəcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə aparılan danışıqlar prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29 sədrliyimiz çərçivəsində o cümlədən İtaliya ilə əməkdaşlıqdan məmnunluq duyacağımızı bildirib.

Səfir Luka Di Canfrançesko qəbula görə təşəkkür edərək, Azərbaycanda səfir təyin olunmasından məmnun olduğunu, fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Siyasət 13:58
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Siyasət 13:48
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir


Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
Siyasət 13:04
Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol