• $
  • £

Azərbaycanda hərbçilərə təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyası ödəniləcək

Azərbaycanda hərbçilərə təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyası ödəniləcək
22.05.2024 10:05
Azərbaycanda hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

Bu, "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Yeni dəyişikliyə əsasən, digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.

Əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin - 60 faizi, orqanizmin funksiyalarının 61 - 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 55 faizi, orqanizmin funksiyalarının 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir.

Digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 - 80 faiz və 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 - 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir. Burada isə şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 20 faiz fərq var.

Ədalətin və analoji yanaşmanın tətbiq edilməsi məqsədilə digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol