• $
  • £

Ölkədə problemli kreditlərin məbləği azalıb

Ölkədə problemli kreditlərin məbləği azalıb
22.05.2024 12:48
2024-cü ilin mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib. Bu ötən ayın 1-i ilə müqayisədə 1,8 % azdır. Bu barədə  Azərbaycan Mərkəzi Bankının  maliyyə hesabatında bildirilib.
 
Cari ildə problemli kreditlərin məbləği son 1 ildə isə 21,9 % azalıb.
 
Ötən ilin dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 437,84 milyon manat (hesabat dövründə 26,3% azalma) və ya bütün kreditlərin 1,8%-i (2022-ci ilin sonuna 2,9%) təşkil edir.


31 dekabr 2023-cü il tarixinə dövlət payı olan banklar 5 milyard 496,17 milyon manat (artım 42,7 faiz) və ya bütün kreditlərin 22,9 faizi, özəl banklar 17 milyard 686,78 milyon manat (artım 12,4 faiz)  və ya bütün kreditlərin 73,8%-i qədər kredit verib.  Yerdə qalan 796,16 milyon manat (artım 35%) kredit təşkilatlarının  payına düşür.


2023-cü ilin sonuna verilən kreditlərin ümumi həcminin 19 milyard 538,67 milyon manatı (artım 20,7%) milli valyutada, 4 milyard 440,4 milyon manatı (artım 11,3 faiz) xarici valyutada verilmiş kreditlər olub. . Bununla yanaşı, dekabrın sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonunda - 19,8%) təşkil edib.


Bankların və Bank olmayan kredit təşkilatlarının  kredit qoyuluşlarının strukturunda bu günə olan məlumata görə, ticarət və xidmət sektorur 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8 faizi), mədənçıxarma sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı 752,8 milyon manat (3,1 faiz),  kənd/meşə təsərrüfatı və balıqçılıq - 532,8 milyon manat (2,2%), tikinti - 1 milyard 133,75 milyon manat (4,7%), sənaye və emal sektorunda - 1 milyard 210,89 milyon manat (5%), nəqliyyat və rabitə - 1 milyard 426,28 milyon manat manatı (5,9%), ev təsərrüfatları üzrə 14 milyard 6,3 milyon manat (58,4%) həcmində kredit götürüb.


Eyni zamanda, bankların ev təsərrüfatlarının kredit portfeli 2023-cü ildə 24,2% artıb.  2022-ci ildə artım 31% olub. 
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol