• $
  • £

Nazim Bəydəmirli vergi borcuna görə məhkəməyə verilib

Nazim Bəydəmirli vergi borcuna görə məhkəməyə verilib
22.05.2024 15:35
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcu olduğun üçün hazırda həbsdə olan Nazim Hüseyn oğlu Bəydəmirlini məhkəməyə verib. Bu barədə "Unikal” məlumat əldə edib.
 
Sahibkarın məhkəmə işini Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova araşdıracaq. Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Nazim Bəydəmirlinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını istəyib.
 
Bəydəmirli 2023-cü ilin iyulunda həbs olunub.

Fevralda Nazim Bəydəmirli barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentdən  xahiş edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur.İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha 3 ay artırılıb.  Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol