• $
  • £

İstehlak səbətinə yenidən baxılmalıdır - Millət vəkili

İstehlak səbətinə yenidən baxılmalıdır - Millət vəkili
23.05.2024 13:26
Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan istehlak səbətinin tərkibinə yenidən baxılmalıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

"Dövlət Statistika Komitəsi bildirib ki, bu ilin aprelində Azərbaycanda qiymət artımı olmayıb - aylıq inflyasiya 0% təşkil edib. Lakin qiymət artımı kifayət qədər yüksəkdir. Elə məhsullar var ki, insanlar bir neçə ildə bir dəfə alır, amma istehlak səbətinə daxil edilib. Səbətin tərkibinə yenidən baxıb insanların istehlak etdiyi məhsullardan ibarət səbət formalaşdırmağı təklif edirəm",  - Əhmədov bildirib. 

O həmçinin işğaldan azad olunmuş ərazilərdə çalışan şirkətlərin fəaliyyətlərinin tam şəffaf olmadığını vurğulayb. 

"Satınalma və tender məsələlərində şəffaflıq yoxdur. Bunun bağlı qanun qəbul etsək də, elektron qaydada formal tenderlər keçir və istədikləri şirkətlərə layihələri təqdim edirlər",  - Əhmədov vurğulayıb. 

O həmçinin bildirib ki, dövlət büdcəsindən işğal altında olan ərazilərin bərpası üşün ayrılan vəsait də tam mənimsənilməyib. Millət vəkili bunun səbəbləri ilə bağlı hökumətdən hesabat verməyi xahiş edib. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol