• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Çoxmərtəbəli binalara zəlzələ ilə bağlı xüsusi cihazlar qoyulacaq - Video

Çoxmərtəbəli binalara zəlzələ ilə bağlı xüsusi cihazlar qoyulacaq - Video
23.05.2024 23:29
Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib. 

O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

Azər Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.

Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olub.

Layihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid  mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənlədirmək mümkün olacaq.

Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 11:01
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
DYP həftəsonu səfərə çıxacaq sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 10:30
DYP həftəsonu səfərə çıxacaq sürücülərə xəbərdarlıq edib
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir
Cəmiyyət 10:04
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir
Sumqayıtda ev yanıb
Cəmiyyət 09:48
Sumqayıtda ev yanıb
Dumanla əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 09:24
Dumanla əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb
Cəmiyyət 23:23
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb
“Evdə Tək” filmində Kevinin anası vəfat edib
Cəmiyyət 22:45
“Evdə Tək” filmində Kevinin anası vəfat edib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Cəmiyyət 22:39
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 22:27
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol