• $
  • £

Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı" istifadəyə verildi

Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı
24.05.2024 15:54

23 may 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Kapital Bank arasında memorandum imzalandı və yeni strateji əməkdaşlığın əsası qoyuldu. Mərasimdə Kapital Bank-ın İdarə heyətinin sədri Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər. 

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bildirdi ki, "Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”. 

Universitetin rektoru Yaqub Priyev isə çıxışında bu əməkdaşlıq sayəsində tələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı.  

İmzalanma mərasiminin ardından Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə Bakı Mühəndislik Universitetində təhsil almış, bu gün isə Kapital Bank-ın menecer heyətində yer alan bank əməkdaşları öz təsüratlarını bölüşdülər. 

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank daha öncə  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən "Kapital Bank” otaqlarının açılışını həyata keçirib. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünyada neft qiymətləri yüksəlib
İqtisadiyyat 09:24
Dünyada neft qiymətləri yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İqtisadiyyat 16:33
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol