• $
  • £

2024-cü ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 6,4% artırılıb

2024-cü ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 6,4% artırılıb
27.05.2024 12:20
2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4% çoxdur. Bu barədə Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov məlumat verib. 
 
Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərinin 48,9% və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1% və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.
 
2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5% artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat  və ya 2,1% azdır.
 
Nazirin sözlərinə görə, neft sektorunda azalma neft  ehtiyatlarının təbii azalması və hasilatın aşağı düşməsi ilə bağlıdır.
 
Şərifov həmçinin bildirib ki,  qeyri-neft sektoru üzrə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə bu sektordan gələn gəlirlərin proqnozu  1575,0 milyon manat və ya 9,3% artırılıb ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat və ya 8,8% çoxdur.
 
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunan göstərici ilə müqayisədə 1,3% artaraq 51,1% təşkil edəcək.  
 
2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat  məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunan göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8%, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat  və ya 8,9 faiz çoxdur.

2024-cü il dövlət büdcəsi xərclərinin  58% cari xərclərərin, 38,7% - əsaslı xərclərin, 3,3%-i -  dövlət borcuna xidmətlə bağlı xərclərə və s aiddir. 
 
N.Təbrizli 
 



 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol